tusi-bohm-planetariumda-12-aprel---beynelxalq-aviasiya-ve-kosmonavtika-gunu

Xəbərlər

12 Apr 2023

“Tusi-Bohm Planetarium”da “12 Aprel - Beynəlxalq Aviasiya və Kosmonavtika günü”

12 aprel 2023 tarixində "Park Bulvar AVM"in təşkilati dəstəyi ilə “Tusi-Bohm Planetarium”da “12 aprel - Beynəlxalq Aviasiya və Kosmonavtika günü” ilə əlaqədar silsilə tədbirlər keçirilib. 

“Tusi-Bohm Planetarim”un rəhbəri Famil Mustafa tədbir iştirakçılarını salamlayaraq, planetariumun yaranma tarixi və fəaliyyəti barədə geniş məlumat verib.

Tədbirlərdə Bakı şəhəri 20 nömrəli orta məktəbin 120 nəfər şagirdi, “Cığır” İctimai Birliyinin valideyn himayəsindən məhrum olmuş uşaqlar və Memarlıq İnşaat Universitetinin “Sabah” qrupları Şamaxı Astrofizika Rəsədxanasının gənc alimləri tərəfindən “12 Aprel - Beynəlxalq Aviasiya və Kosmonavtika günü” ilə əlaqədar ətraflı məlumatlandırılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

Qeyd edək ki, tədbir “Tusi-Bohm Planetarium”, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və “Azərkosmos”ASC-nin birgə təşkilatçılığı ilə keçirilib. 

Digər xəbərlər

news-left-icons news-right-icons