• +994 (012) 598 80 80

  • 10:00 - 22:00

Global Village Park Bulvarda!

 

Global Village AIESEC Azərbaycan beynəlxalq gənclər təşkilatı tərəfindən 2011-ci ildən bəri hər il keçirilən rəngarəng, enerjili mədəniyyət festivalıdır. Dünyanın müxtəlif ölkələrindən olan nümayəndələr dostluq abu-havasını yaratmaq və dünyanın necə rəngarəng və unikal olduğunu göstərmək üçün bir yerə toplaşırlar! Artıq 6 ildir ki,  müxtəlif ölkələrin musiqisi, rəqsləri, incəsənət və adət-ənənələri məhz Park Bulvarda nümayiş olunur. Gənclər bilirlər ki, yalnız mədəni anlaşma və tolerant münasibət vasitəsilə dünyada birlik və harmoniya əldə edə bilərik. Bu dəfə Global Village tədbirində AIESEC Azərbaycan tərəfindən dünyanın 14-dən çox ölkəsindən Azərbaycana Global Volunteer proqramı ilə dəvət olunan xarici könüllülər öz mədəniyyətlərini, adət-ənənələrini təqdim etdilər.

Digər xəbərlər

"Park Bulvar"dakı kampaniyalar, yeniliklər və endirimlər haqqında ətraflı məlumat burada.