Park Bulvar AVM-də 14 noyabr Ümumdünya Diabet Gününə həsr edilmiş aksiya baş tutacaq.
Noyabrın 14-də
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar
Mərkəzi ilə Park Bulvar AVM-in birgə əməkdaşlığı ilə əhali arasında şəkərli
diabet xəstəliyinin risk amillərinə həsr olunmuş müvafiq mövzular üzrə maarifləndirmə
tədbiri həyata keçirilir.
İSİM tərəfindən “14 noyabr Ümumdünya Diabet
Günü”nə həsr edilmiş aksiyada əsas məqsəd şəkərli diabet xəstəliyi və
onun profilaktikası barədə əhalini maarifləndirməkdir.
Aksiya zamanı insanalrın qanda şəkəriinn miqdarı
yoxlanılacaq, boy və çəki ölçüləcək, maarifləndirici bukletlər
paylanılacaq.
Həmçinin şəkərli diabetli uşaqların hazırladıqları
xüsusi konsert proqramı da olacaq.
Tədbir saat 11:00 –15:00 dək baş tutacaq.