Loading...
Loading...
Loading...
Loading...
Loading...
  • +994 (12) 598 80 80

  • 10:00 - 22:00

Park Bulvar AVM-də Plastik tullantılardan Yeni il ağacı hazırlanıb.

Park Bulvar AVM-də ekoloji problemlərin aradan qaldırılması və insanların maarifləndirilməsi istiqamətində əhəmiyyətli layihələr aparılır.

 Bildiyiniz kimi, Park Bulvar AVM rəhbərliyi ekoloji problemlərin aradan qaldırılması və insanların maarifləndirilməsi istiqamətində aparılan layihələrə əhəmiyyət verir.

 Həmin layihələrə dəstək olmaq məqsədilə dekabrın 6-da AZGREEN Mühəndislik və Ətraf Mühit Xidmətləri şirkətinin və Bakı Xəzər Rotari Klubunun birgə təşkilatçılığı, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı Səfirliyinin, Azersun Holdinqin və Park Bulvar AVM-in dəstəyi ilə, “Plastik tullantılardan Yeni il ağacının hazırlanması” layihəsinə start verildi. Ağacının hazırlanması prosesində ABŞ-ın Azərbaycandakı səfirinin müavini cənab Maykl Dikerson da iştirak edib.

 Layihənin məqsədi  ictimaiyyətin diqqətini ətraf mühitin qorunmasına yönləndirmək, cəmiyyəti tullantıları düzgün idarə edilməsi istiqamətində maarifləndirmək, həmçinin tək istifadəlik plastik əşyalardan istifadənin azaldılmasını, alternativ və bərpa olunan enerji mənbələrindən istifadəni və sağlam həyat tərzini təbliğ etməkdir.Yeni il şam ağacının yanında qurulan velosipeddən istifadə etməklə ağacı işıqlandırmaq olur

                                                                                                                                                       

Əlavə Məlumat: Bu il  Park Bulvar AVM-in Yeni İl  şam ağacı da dəyişdirilib.. 9 metr hündürlüyündə olacak olan yeni şam ağacı  dekabrın 15-de bəzədilib hazır vəziyyətdə müştərilərimizə bayram əhval ruhiyyəsi yaşadacaq      

Digər xəbərlər

"Park Bulvar"dakı kampaniyalar, yeniliklər və endirimlər haqqında ətraflı məlumat burada.