Loading...
Loading...
Loading...
Loading...
Loading...
  • +994 (012) 598 80 80

  • 10:00 - 22:00

Park Bulvar Tusi Bohm Planitarium Beynəlxalq müsabiqənin təşkilatçısıdır.

Bu il Beynəlxalq Astronomiya İttifaqı 100 illiyini qeyd edir. Bu münasibətlə Beynəlxalq Astronimiya İttifaqı dünya ölkələrinə ulduzlara ad vermək imkanı yaradıb. “BAİ 100 Ekzoplanetləri Adlandır”  qlobal layihəsinin iştirakçı ölkələri onlar üçün təyin edilmiş bir ekzoplanet və onun əsas ulduzuna ad verə biləcəklər. Layihəyə qoşulan 100-ə yaxın ölkə arasındaAzərbaycan da yer alır.

Müsabiqənin Azərbaycanda rəsmi təşkilatçıları AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Tusi-Bohm Planitarium və Beynəlxalq Astronomiya İttifaqının Astronomiya Əlaqələndirmə İdarəsinin Azərbaycan nümayəndəliyidir.

Milli Müsabiqələr 2019-cu ilin iyun-noyabr ayları aralığında həyata keçiriləcək və BAİ100 Ekzoplanetləri Adlandır İdarə Heyyətinin yekun qiymətləndirməsindən sonra yekun nəticələr 2019-cu ilin dekabr ayında elan ediləcəkdir.

Bu müsabiqədə hər kəs iştrak edə bilər və istədiyi qaydalara uyğun iki adı (ulduz və planet üçün) təklif edə bilər. Bunun üçün http://iau.shao.az/nameexoworlds/ səhifəsindəki, təklif formasını doldurması kifayətdir. 

Beynəlxalq Astronomiya İttifaqı səmavi cisimlərin adlarının təyin edilməsi üçün məsul orqandır. Beynəlxalq əməkdaşlığın 100 illiyini qeyd edərkən, qlobal özünəməxsusluğun əhəmiyyətinə diqqət çəkmək məqsədilə, bu layihə ilə insanların qardaşlaşmasına tövhə vermək istəyir. Ekzoplanetlərin və ulduzların adlandırılmasına imkan verən birinci müsabiqə  2015-ci ildə baş tutub.

Hər bir ölkəyə adlandırılma üçün həmin ölkədən görünən və kiçik teleskoplarla belə müşahidə edilə biləcək qədər parlaq ulduz təyin edilib.  Azərbaycan üçün “Ophiuchus” bürcündə yerləşən HD 152581 ulduzu və onun ətrafında hərəkət edən HD 152581b ekzoplaneti ayrılmışdır. HD 152581b ekzoplaneti 2011 ci ildə kəşf edilmiş nəhəng qaz planetidir.

Əgər səmada Azərbaycanla bağlı verilmiş iki yeni adın müəllifi Siz olmaq istəyirsinizsə onda öz təklifinizi bizə göndərməkdə tələsin.

Tusi Bohm Planitariuma bu mötəbər tədbirin təşkilatçısı olaraq, uğurlar diləyir və hər kəsi bu müsabiqədə iştirak etməyə dəvət edirik!

 

Digər xəbərlər

"Park Bulvar"dakı kampaniyalar, yeniliklər və endirimlər haqqında ətraflı məlumat burada.