Loading...
Loading...
Loading...
Loading...
Loading...
  • +994 (12) 598 80 80

  • 10:00 - 22:00

44 günlük müharibədə tarix yazan hərbçilərimiz sırasında yer alan əməkdaşlarımızla qürur duyuruq!

Bu il ordumuz 26 iyun Silahlı Qüvvələr Gününü düşməni darmadağın edən müzəffər bir ordu olaraq qeyd etdi. 44 günlük müharibədən alnıaçıq, üzüağ çıxdı, böyük zəfər, şanlı qələbə qazandı.

Vətən müharibəsi zamanı döyüş meydanında əsl qəhrəmanlıq göstərib tarix yazan əsgər və zabitlərimiz arasında “Park Bulvar” AVM-in əməkdaşları da var. Onlardan biri Texniki İşlər şöbəsinin əməkdaşı, təmizlik qurğuları üzrə mexanik-texnik Cəmil Abdulla oğlu Səlimovdur. Cəmil Səlimov 1988-ci il avqustun 14-də Abşeron rayonu Qobu qəsəbəsində anadan olub. 2006-2008-ci illərdə Goranboy rayonu Qızılhacılı qəsəbəsində N saylı hərbi hissədə xidmət edib. Tank sürücüsü -mexanik olub. Hərbi xidmət zamanı fərqləndiyi üçün Vətən müharibəsində ordu sıralarına yenidən çağırılıb. Füzuli, Cəbrayıl, Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib. 3 ay 20 gün cəbhə bölgəsində olan Cəmil yaralı əsgər və zabitlərimizin, şəhidlərimizin döyüş meydanlarından çıxarılmasında iştirak edib. Çox danışmağı sevmir. Müharibə və orda yaşadıqları haqqında  soruşanda fikrə dalır. Sanki müharibənin odu-alovu yenidən gözünün önündə canlanır. “Yaralılarımızı meydandan döyüş gedə-gedə çıxarırdıq, çünki onları xəstəxanalara vaxtında çatdırmalı idik. Onlara hər toxunanda kövrəlirdim, anaları, ailələri, övladları gözümün önünə gəlirdi. O günləri xatırlamaq ağırdır. Amma ehtiyac olarsa, yenə də Vətənin müdafiəsi üçün canımı fəda etməyə hazıram” deyən Cəmil ailəlidir, 2 oğul atasıdır.

Müharibə iştirakçısı olmuş digər əməkdaşımız Amir Vladimiroviç Kazantsev isə 1995-ci il martın 3-də Bakıda anadan olub. 2015-2016-cı illərdə Naftalanda N saylı hərbi hissədə xidmət edib. Xidməti dövründə “Böyük qayıdış”ın başlanğıcı hesab olunan şanlı Aprel döyüşlərində iştirak edib. Tapqaraqoyunlu kəndi istiqamətində pulemyotçu kimi döyüşüb. Möcüzə nəticəsində sağ qalan Amir 44 günlük Vətən müharibəsindən də kənarda qalmayıb. Dostları ilə birlikdə könüllü olaraq orduya yazılıb. Cəbrayıl, Xocavənd rayonlarının, eləcə də Şuşanın işğaldan azad edilməsi uğrunda aparılan əməliyyatlarda sona qədər döyüşüb. Şuşaya dağlarla qalxan döyüşçülər arasında olub. Daha sonra Laçında xidmətini davam etdirib. Amir bu gün bunları qürurla, qalib ordunun döyüşçüsü olaraq danışır. Biz də onlarla qürur duyuruq.

Digər xəbərlər

"Park Bulvar"dakı kampaniyalar, yeniliklər və endirimlər haqqında ətraflı məlumat burada.