10-cu Avropa Film Festivalı “Park Bulvar AVM” de start götürdü.
Park Cinema Kinotetrlar
şəbəkəsi və Azərbaycanın Avropa İttifaqındakı nümayəndəliyi tərəfindən təşkil
edilən festivalda oktyabrın 16-na qədər Azərbaycan tamaşaçısı 14
Avropa İttifaqı ölkəsinin və Azərbaycanın istehsalı olan 15 filmi izləyə
biləcək.
Tədbiri giriş sözü ilə açan “Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin
rəhbəri Kestutis Yankauskas” bildirib ki, insanların Avropa filmləri
və mədəniyyəti ilə maraqlanması onlar üçün böyük mükafatdır. Bu bizim birimizi
tanımaq və əməkdaşlıq qurmaq üçün cox gözəl yoldur.
“Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyi” çıxış edərək məhz macar filminin ilk olaraq təqdim olunmasından qürur duyduğunu bildirib.
Festival "Saulun oğlu" filminin nümayişi ilə başlayıb. Tamaşaçılara Xorvatiya, Çexiya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Litva, Hollandiya, Polşa, Portuqaliya, İspaniya, İsveç kimi Aİ ölkələrinin rejissorlarının əsərləri təqdim ediləcək
Festival filmləri Park Bulvar AVM “Park Cinema kinoteatrı”nda nümayiş olunur. Giriş pulsuzdur. Festival çərçivəsində bəzi filmlərin rejissorları ilə görüşlər də təşkil ediləcək