Park Bulvar AVM-də "Winter Festival" / “Qış Festivalı” #xeyriyyə aksiyası keçiriləcək.
Park Bulvar AVM Baku Khazar
Rotary Club ilə birgə mütəmadi olaraq maraqlı layihələr gerçəkləşdirir. Baku Khazar Rotary Club-un cəmiyyət üçün ən
yararlı və maraqlı layihələrindən biri də hər il Park Bulvar AVM-də keçirilən
"Winter Festival" / “Qış Festivalı” #xeyriyyə layihəsidir. Festival müddətində maraqlı əşyalar və ləvazimatlar
alaraq xeyriyyə layihəsinə dəstək, həmçinin Klublar tərəfindən keçiriləcək
əyləncəli oyunlarda və lotereyada qalib olaraq qiymətli hədiyyələrə sahib ola
bilərsiniz.
Gəlin həm əylənək, həm də cəmiyyətimizin inkişafına dəstək olaq!