“GÜLSAM” Əlillərin Reabilitasiyası İctimai Birliyinin xeyriyyə məqsədli satış-sərgisi

10 fevral 2025

“GÜLSAM” Əlillərin Reabilitasiyası İctimai Birliyinin xeyriyyə məqsədli satış-sərgisi

8-9 fevral 2025 tarixlərində “Park Bulvar” AVM-nin təşkilati dəstəyi ilə "GÜLSAM" Əlillərin Reabilitasiyası İctimai Birliyi xeyriyyə məqsədilə əlillərin əl işlərindən ibarət satış sərgisini keçirdi. Sərginin məqsədi iştirakçılara yardım etmək olub. Sərgidə müxtəlif əl işləri həm sərgilənib, həm də satışı həyata keçirilərək əlillərə maddi dəstək yaradılıb.