06 Jan 2025
“Ailəm Könüllüləri” ekoloji aksiya
29 dekabr 2024-cü il tarixində “Park Bulvar” Ticarət Mərkəzinin təşkilati dəstəyi ilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailəm Könüllüləri” tərəfindən ekoloji aksiya keçirildi.
Aksiya çərçivəsində “Ailəm Könüllüləri” “Park Bulvar” Ticarət Mərkəzinin ziyarətçiləri arasında “Yaşıl gələcəyə könül ver” şüarı altında 170-dən çox bitki toxumlarından ibarət hədiyyə qutuları payladı.
Bu təşəbbüsün əsas məqsədi cəmiyyətdə ekoloji şüuru artırmaq, ətraf mühitin və bitki örtüyünün qorunmasına diqqət çəkmək və insanları yaşıl bir gələcək üçün kiçik, lakin önəmli addımlar atmağa təşviq etməkdir.
Другие Hовости
Новости
28 Oct 2024
Eşitmə Və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyinin
СледующийНовости
08 Jun 2024
"GÜLSAM" Əlillərin Reabilitasiyası İctimai Birliyinin xeyriyyə sərgisi
Следующий