qadinlarin-46-ci-l-emeyi-goz-nuru-sergisi-park-bulvarda
qadinlarin-46-ci-l-emeyi-goz-nuru-sergisi-park-bulvarda
qadinlarin-46-ci-l-emeyi-goz-nuru-sergisi-park-bulvarda

Xəbərlər

10 Jun 2022

Qadınların 46-cı “Əl əməyi, göz nuru” sərgisi Park Bulvarda

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı ilə Bakının mərkəzində yerləşən Park Bulvar Alış-Veriş Mərkəzində may ayının 13-15-də 46-cı “Əl Əməyi, Göz Nuru” qadın sahibkarların əl işlərindən ibarət satış sərgisini keçirib. Sərgidə 100-dən çox istedadlı qadın sahibkarın hazırladığı müxtəlif məhsullar nümayiş etdirilib və qadın sahibkarlara satış və marketinq səylərini inkişaf etdirməyə kömək edib. Sərgi zamanı nümayiş olunan bütün məhsullar satışa çıxarılıb. Tədbir AQSİA, USAID və KOBİA-nın qadınların iqtisadi tərəqqisini dəstəkləmək məqsədilə effektiv platforma təmin edən sektor olan yaradıcı sənayelərdə qadınlara məxsus mikro və kiçik müəssisələrin inkişafına verdiyi dəstəyin bir hissəsini təşkil edib. Tədbir təşkilatçıları Qadınların özünüməşğulluğa və sahibkarlıq fəaliyyətinə təşviqi, qadın sahibkarlığının inkişafına verdiyi dəstəyə görə Park Bulvar AVM rəhbərliyinə dərin təşəkkürünü bildirib.

Digər xəbərlər

news-left-icons news-right-icons