28 Dec 2023
“Park Bulvar”da Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyinin satış-sərgisi keçirilib.
23-24 dekabr tarixlərində “Park Bulvar”da könüllü şəkildə fəaliyyət göstərən Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyinin satış-sərgisi keçirilib. Sərginin məqsədi əlilliyi olan şəxslərin əl işlərinin satışını həyata keçirərək onlara dəstək olmaq idi. İki gün davam edən sərgiyə "Park Bulvar"a gələnlər xeyli maraq göstərdilər.