13 Jan 2024
Yanvarın 13-də "Park Bulvar" ticarət mərkəzinin təşkilati dəstəyi ilə "Park Cinema"da "Xəyanətə yox" filminin imza günü keçirilib.
Nümayiş olunan ilk gündən böyük maraqla izlənilən “Xəyanətə yox” filminin aktyor və aktrisa heyəti tamaşaçılarla görüşüb. Seansdan əvvəl filmin rejissoru Valeh Əhmədov gələn tamaşaçılara öz təşəkkürünü bildirərək 40 yaşını da onlarla qeyd edib. Aktyorlarla birlikdə tortu kəsən rejissor daha sonra hamını filmə baxmağa dəvət edib. Filmin sonunda tamaşaçılar heyəti ayaq üstə alqışlayaraq film haqqında müsbət fikirlərini səsləndirib.