06 May 2023
USAID və ÜST-nin ortaq layihəsi ürək massajı öyrənməyin təbliği üçün maarifləndirici tədbir keçirib.
Qəfil ürək dayanmasında kardiopulmonar resusitasiya (KPR) və ya ürək massajı həyat xilas etmək üçün ilk və ən önəmli addımlardandır.
Ürək massajı edilmədən keçən hər dəqiqə sağ qalma ehtimalı 10-15% azalır. Dərhal edilən ürək massajı isə sağ qalma ehtimalını 2 və ya 3 dəfə artıra bilir.
Ürək massajı etmək üçün tibb işçisi olmaq vacib deyil və hər kəs bu bacarıqlara yiyələnə bilər. Ürək massajı edə bilməyin əhəmiyyəti haqda ictimaiyyəti məlumatlandırmaq, eləcə də iştirakçılara ürək massajı öyrətmək üçün 6 may 2023 tarixdə "Park Bulvar" AVM təşkilati dəstəyi ilə TM-də maarifləndirici tədbir və təlim keçirilib.