geleceksn-adli-ulu-onder-heyder-liyevin-anadan-olmasinin-100-illiyine-hesr-olunmus--tedbir

Xəbərlər

13 May 2023

“GələcəkSƏN” adlı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 İlliyinə həsr olunmuş tədbir.

13 May tarixində “Park Bulvar” AVM-nin təşkilati dəstəyi ilə Ulu Öndər H.Əliyevin anadan olmasının 100 İlliyinə həsr olunmuş “GələcəkSƏN” adlı  tədbir həyata  keçirildi.

Bu tədbir gənc və orta yaşlı  xanımların sağlamlığı, təhsili, karyerası və inkişafı üçün nəzərdə  tutulmuşdur. Gün ərzində xanımlar müxtəlif peşə sahibləri tərəfindən maraqlı mövzular üzrə maarifləndirildi . 

Tədbir izləyiciləri müxtəlif sahələrdə çalışan və uğur qazanmış 7 xanım spikerin seminarlarını dinləyərək Təhsil, Peşə, Karyera, Valideynlik və Analıqla bağlı hər bir müasir xanımın bilməli olduğu məlumatlarla tanış oldular. Tədbir zamanı müxtəlif yarışlar, oyunlar  keçirildi və  bol bol hədiyyələr paylanıldı. Tədbir rəsmi açılış mərasimi ilə aparıcının iştirakı ilə başlayıb açılışa  dəvət olunan qonaqların nitqi ilə  davam etdi. Müxtəlif ictimai birlik və qeyri hökümət təşkilatlarının rəhbərləri , eləcə də tanınmış simalar çıxış  edərək tədbirin önəmini bir daha vurğuladı. Tədbir müxtəlif  rəqs və musiqi nömrələri ilə  davam etdi.

Digər xəbərlər

news-left-icons news-right-icons