16 Feb 2024
Park Cinema da “Apatiya” filminin təqdimatı baş tutub
Fevralın 16-da "Park Bulvar"ın təşkilati dəstəyi ilə “Park Cinema”da aktyor və rejissor Hikmət Rəhimovun dram janrında çəkdiyi “Apatiya” filminin təqdimatı baş tutub.
İmza gününə gələn qonaqlar və tamaşaçılar filmi yaradıcı heyətlə birlikdə izləyib, daha sonra isə iştirakçılar ürək sözlərini və suallarını komandaya ünvanlayıblar. Filmin təqdimatı sual-cavab şəklində keçirilən müzakirələrlə və fərqli replikalarla yadda qalıb. Aktyorlar və yaradıcı heyət də tamaşaçıların suallarını cavablayaraq bəzi məqamlara işıq tutublar.
Bundan əlavə, Hikmət Rəhimov gələcək işlərindən də danışıb və başqa janrlarda çəkəcəyi filmlərin anonsunu verib.
Bir sözlə, imza günü izdihamla keçib. Gələn qonaqların arasında ədəbiyyat adamları, jurnalistlər, sayt rəhbərləri, mədəniyyət işçiləri və başqa sahələrin nümayəndələri yer alırdı. Filmi izləyən tamaşaçılar sonda yaradıcı heyətlə şəkil çəkdirib imza alıblar.
Qeyd edək ki, “Apatiya” filmi fevralın 9-dan ölkənin bütün kinoteatrlarında nümayiş olunur.