park-bulvarda-cimildik-adli-yeni-filmin-qalasi-kecirildi
park-bulvarda-cimildik-adli-yeni-filmin-qalasi-kecirildi
park-bulvarda-cimildik-adli-yeni-filmin-qalasi-kecirildi

Xəbərlər

15 Apr 2025

Park Bulvarda "Çimıldık" adlı yeni filmin qalası keçirildi.

Ötən gün ilk dəfə Özbəkistandan Azərbaycana gəlmiş ulduzlar öz fanatları ilə görüşmək və "Çimıldık" adlı yeni filmlərini təqdim etmək üçün Park Cinema-nın Park Bulvar filialında möhtəşəm qala gecəsində iştirak etdilər.

İzdihamlı maraq və böyük sevgi ilə qarşılanan aktyorlar qırmızı xalçadan keçərək fanatları ilə görüşüb TV kanallara müsahibələrini verdilər.

Daha sonra isə Dadaxon Obidovun və digər ifaçıların möhtəşəm konserti baş tutdu. Konsert arasında tamaşaçılarla canlı müsabiqə keçirilərək hədiyyələr verildi. Əsas sürpriz isə Park Cinema komandasının səhnəyə qalxması ilə baş tutdu. Park Cinema-nın PR Meneceri Anar Eyvazov təntənəli şəkildə yeni super müsabiqənin başlamasını elan etdi.

Siz də müsabiqədə iştirak edib Özbəkistana iki nəfərlik səyahət bileti qazanmaq şansını əldə edə bilərsiniz. Ətraflı məlumat:

instagram.com/p/DIRdd1ftej2/?igsh=Y3EycG1ranc3ajR2

Digər xəbərlər

news-left-icons news-right-icons