sor-biznes-filmini-siz-de-park-bulvar-avm-kinoteatrinda-izleye-bilersiniz
sor-biznes-filmini-siz-de-park-bulvar-avm-kinoteatrinda-izleye-bilersiniz
sor-biznes-filmini-siz-de-park-bulvar-avm-kinoteatrinda-izleye-bilersiniz

Xəbərlər

31 May 2024

“Şor Biznes” filmini siz də “Park Bulvar” AVM kinoteatrında izləyə bilərsiniz.

May ayının 19-da “Park Bulvar” AVM-nin təşkilati dəstəyi ilə Park Bulvar, Park Cinema kinoteatrında “Şor Biznes” filminin imza günü keçirilib. Romantik janrda çəkilən “Şor Biznes” filminin ulduzları da nümayişdə iştirak edib. Filmdə əyləncəli və gülməli səhnələrlə yanaşı, sosial mesajlar ötürən səhnələr də çatdırılıb. Günümüzün xəstəliyi: sosial şəbəkə asılılığı, TikTok-da olan mənasız videolar, insanları tanımadan yazılan təhqirlər, bilib bilmədən müzakirə olunan hadisələr, məşhurluq istəyi, trend davası, xəbər müzakirələri filmin ən aktual mövzularındandır. Filmin sonunda aktyor və çəkiliş heyəti ayaq üstə alqışlanıb. Ekran əsərinin quruluşcu rejissoru Valeh Əhmədovdur.

Digər xəbərlər

news-left-icons news-right-icons