respublika-qics-le-mubarize-merkezi
respublika-qics-le-mubarize-merkezi
respublika-qics-le-mubarize-merkezi
respublika-qics-le-mubarize-merkezi
respublika-qics-le-mubarize-merkezi
respublika-qics-le-mubarize-merkezi
respublika-qics-le-mubarize-merkezi
respublika-qics-le-mubarize-merkezi

Xəbərlər

08 Apr 2023

Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Aprelin 8-də “Park Bulvar AVM” və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin birgə təşkilatçılığı ilə, ticarət mərkəzində Səyyar Könüllü Müayinə və Məsləhət Məntəqəsi yerləşdirilərək, ekspress-testlər həyata keçirilmişdir. 

Hər bir şəxs ödənişsiz və anonim qaydada bu testdən keçərək, öz statusu barədə məlumat əldə edə bildi, yoluxma yolları, ona qarşı profilaktik tədbirlər barədə ətraflı məlumatlandırıldı. Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşkilatçılığı ilə “Park Bulvar”da maarifləndirmə aksiyası keçirilib, müayinələr aparılıb. Sosial xarakter daşıyan müayinənin təşkilində əsas hədəf əhali arasında xəstəliyin yayılma riskini azaltmaq, vaxtında aşkarlamaq və gedişatı haqda vətəndaşları məlumatlandırmaqdır. 

Ticarət mərkəzində yaradılmış guşə ilə maraqlananların hər birinin anlayacağı tərzdə sağlamlığa ciddi təhlükə olan insanın immunçatışmazlığı virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) haqqında ümumi məlumat verilib. Təcrübəli həkimlər xəstəliyin tarixi, yoluxma yolları, profilaktikası, müayinəsi və müalicəsindən danışıb, tövsiyyələrini diqqətə çatdırıblar. 

Vətəndaşların ünvanladığı fərdi suallar cavablandırılıb, onlara ödənişsiz və anonim qaydada İİV-ə ekspres-testdən keçmək imkanı yaradılıb. Eyni zamanda, maraqlananlara İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanılıb, xəbərdaredici məlumatlar verilib. Qeyd edək ki, Azərbaycanda İİV müayinələri ən son üsullarla həyata keçirilir.

Digər xəbərlər

news-left-icons news-right-icons