01 Jul 2024
“Park Bulvar”da yerləşən “Tusi Bohm Planetarium”da “Planetimizi qoruyaq” filminin təqdimatı keçirildi.
27 iyun tarixində COP29 tədbirləri çərçivəsində Azercosmos və “Park Bulvar”da yerləşən “Tusi Bohm Planetarium”un birgə əməkdaşlığı ilə planetimizdə dayanıqlı inkişafın təmin edilməsində kosmik texnologiyaların rolu mövzusunda tədbir keçirilmişdir. "Tusi-Bohm Planetariumu"nun qurucusu Tahir Gözəl də tədbirdə iştrak etmişdir. Tədbir zamanı fəxri qonaq ilk Türkiyəli astronavt Alper Gezeravcı kosmik səfərindən bəhs etdi və daha sonra birlikdə “Planetimizi qoruyaq” adlı filmə baxıldı. Filmlə yanaşı Planetariumun girişində Azersky təsvirlərindən ibarət 20 ədəd molbert də yerləşdirilmiş və qonaqlar üçün furşet təşkil olunmuşdur.