iyunun-8-de-park-bulvar-avm-ve-respublika-qics-le-mubarize-merkezinin-birge-teskilatciligi-ile-ticaret-merkezinde-seyyar-konullu-muayine-ve-meslehet-menteqesi-yerlesdirilerek-ekspress-testler-heyata-kecirilmisdir

Xəbərlər

08 Jun 2024

İyunun 8-də “Park Bulvar” AVM və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin birgə təşkilatçılığı ilə ticarət mərkəzində Səyyar Könüllü Müayinə və Məsləhət Məntəqəsi yerləşdirilərək ekspress-testlər həyata keçirilmişdir.

Hər bir şəxs ödənişsiz və anonim qaydada bu testdən keçərək, öz statusu barədə məlumat əldə edə bildi, yoluxma yolları, ona qarşı profilaktik tədbirlər barədə ətraflı məlumatlandırıldı. 
Sosial xarakter daşıyan müayinənin təşkilində əsas hədəf əhali arasında xəstəliyin yayılma riskini azaltmaq, vaxtında aşkarlamaq və gedişatı haqda vətəndaşları məlumatlandırmaqdır.  Ticarət mərkəzində yaradılmış guşə ilə maraqlananların hər birinin anlayacağı tərzdə sağlamlığa ciddi təhlükə olan insanın immunçatışmazlığı virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) haqqında ümumi məlumat verilib. Təcrübəli həkimlər xəstəliyin tarixi, yoluxma yolları, profilaktikası, müayinəsi və müalicəsindən danışıb, tövsiyyələrini diqqətə çatdırıblar.

Digər xəbərlər

news-left-icons news-right-icons