geleceyin-muhendisi-v-respublika-musabiqesinin-qalibleri-mueyyenlesib

Xəbərlər

04 Jun 2024

“Gələcəyin mühəndisi” V respublika müsabiqəsinin qalibləri müəyyənləşib

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Gələcəyin mühəndisi” V respublika müsabiqəsinin qalibləri müəyyənləşib.

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzindən AZƏRTAC-a bildirilib ki, müsabiqə mərkəz və Tusi-Bohm Planetariumun birgə əməkdaşlığı ilə keçirilib.

Müsabiqənin keçirilməsində məqsəd ekoloji, enerji effektli və resursların qənaətinə yönəlik kosmik mühəndislik və tədqiqatlara gənc nəslin marağını artırmaq, məktəblilərin astronomik biliklərinin əhatəsini genişləndirmək, bu sahədə bacarıqlı kadrları aşkarlamaq olub.

Təşkilat Komitəsi tərəfindən və münsiflər heyətinin birgə rəyi əsasında qiymət meyarlarına uyğun olaraq nominasiyalar üzrə bəzi yerlərin qalibləri təyin olunmayıb.

“Gələcəyin mühəndisi” V respublika müsabiqəsi üzrə ümumilikdə 350 ərizə müraciəti daxil olub, hibrid formatda keçirilən seçim turunda respublikanın 20-yə yaxın bölgəsinin ümumi təhsil müəssisələrindən və Uşaq-Gənclər İnkişaf mərkəzlərindən 150 şagird iştirak edib.

Qeyd edək ki, müsabiqəyə təqdim olunan işlərin qiymətləndirilməsi Bakı Dövlət Universitetinin, Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının, Milli Aviasiya Akademiyasının, Tusi-Bohm Planetariumun, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin və “Azərkosmos” ASC-nin mütəxəssisləri tərəfindən aparılıb.

Digər xəbərlər

news-left-icons news-right-icons