sentyabrin-7-de-park-bulvar-avm-tusi-bohm-planetariumda-2025-ci-ilin-ikinci-ay-tutulmasinin-canli-musahidesi-heyata-kecirilib

Xəbərlər

09 Sep 2025

Sentyabrın 7-də Park Bulvar AVM Tusi-Bohm Planetariumda 2025-ci ilin ikinci Ay tutulmasının canlı müşahidəsi həyata keçirilib.

Sentyabrın 7-də Park Bulvar AVM Tusi-Bohm Planetariumda 2025-ci ilin ikinci Ay tutulmasının canlı müşahidəsi həyata keçirilib. Bu mühüm elmi-maarifləndirici tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan “Azərbaycanda astronomiya təhsilinin təşviqi” layihəsi çərçivəsində “Həvəskar Astronomlar Cəmiyyəti” İctimai Birliyi (HAC), Bakı Dövlət Universiteti (BDU), “Park Bulvar” AVM, Tusi-Bohm Planetariumu və Şamaxı Astrofizika Rəsədxanasının birgə tərəfdaşlığı ilə keçirilib.

Tədbir zamanı xüsusi quraşdırılmış teleskoplar vasitəsilə Ay tutulmasının müxtəlif mərhələləri ictimaiyyətə nümayiş etdirilib, iştirakçılar real vaxt rejimində bu nadir astronomik hadisəni izləmək imkanı qazanıb. Müşahidələrə paralel olaraq, BDU-nun Astrofizika kafedrasının, Şamaxı Astrofizika Rəsədxanasının alimləri və HAC-ın üzvləri Ay tutulmasının səbəbləri, gedişatı və astronomik əhəmiyyəti barədə ətraflı elmi izahlar verib, medianın və iştirakçıların suallarını cavablandırıblar.

Tədbir zamanı ƏMANƏT - Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsi çərçivəsində şəhid və qazi övladları əvvəlcə Tusi-Bohm Planetariumunda kosmos və astronomiya haqqında elmi-marifləndirici filmə baxdılar, daha sonra isə ictimaiyyətlə birgə Ay tutulmasını izlədilər. 

Müşahidə gecəsi həm elmi ictimaiyyət, həm də gənc nəsil arasında kosmik elmlərə marağın artırılması baxımından mühüm əhəmiyyət kəsb edib. Tədbir eyni zamanda, Azərbaycanda astronomiyanın populyarlaşdırılması, cəmiyyətin fundamental elmlərə marağının genişləndirilməsi və gənclərin gələcəkdə bu sahədə təhsil almağa təşviq edilməsi məqsədlərinə xidmət edib.

Digər xəbərlər

news-left-icons news-right-icons