21 Apr 2025
Park Bulvar-ın dəstəyi ilə şəhid ailələrinə xeyriyyə yarmarkası keçirildi.
19-20 aprel tarixlərində Park Bulvar ticarət mərkəzinin təşkilati dəstəyi ilə şəhid ailələrinə “QAYĞI” Cəmiyyətinin Abşeron rayon şöbəsinin xeyriyyə yarmarkası keçirildi. Cəmiyyətin əsas məqsədi şəhid, qazi və imkansız ailələrə mənəvi dəstək və qayğı göstərməkdir.