iv-azerbaycan-astronomiya-olimpiadasinin-respublika-secim-turu-kecirilecek

Xəbərlər

01 Feb 2024

IV Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək!

Fevralın 10-da ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında IV Azərbaycan Astronomiya Olimpiadasının ilk mərhələsi keçiriləcək. Olimpiadanın keçirilməsində məqsəd şagirdlər arasında astronomiya sahəsinə marağın artırılması, təhsil sistemində astronomiyaya daha geniş yer verilməsinin təşviq edilməsi, həmçinin qaliblərin Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlığının təmin olunmasıdır.

Olimpiadanın təşkilatçıları Azərbaycan Respublikasının Təhsil İnstitutu, Bakı Dövlət Universiteti, N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzidir. Olimpiadanın onlayn mərhələsində uğur qazanan məktəblilər Bakı Dövlət Universitetində keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar. Qaliblər medal və hədiyyələrlə mükafatlandırılacaq və bu il 15-25 avqust tarixlərində Braziliyada keçiriləcək XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə cəlb olunacaqlar. 

Olimpiadaya hazırlıq dərsləri Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin ekspertləri tərəfindən təşkil olunacaq. Bundan əlavə, Həvəskar Astronomiya Cəmiyyəti İctimai Birliyi məktəblilərə teleskoplardan istifadə qaydaları ilə bağlı təlimlər təşkil edəcək.

Qaliblər Azərbaycan Respublikası Təhsil İnstitutunun dəstəyi ilə Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında iştirak edəcək.

Qeyd edək ki, IV Azərbaycan Astronomiya Olimpiadası və XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri "Park Bulvar"da yerləşən, Cənubi Qafqazda yeganə planetarium olan "Tusi-Bohm Planetariumu"nun baş sponsorluğu ilə həyata keçirilir.         

Olimpiadada iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər. Qeydiyyat 9 fevral saat 23:59-a qədər davam edəcək:
https://www.oxuyan.az/@aao

Olimpiada 2024-cü ilin 10 fevral tarixində saat 11:00-da www.oxuyan.az onlayn imtahan platforması üzərindən aparılacaq.

https://mediabalans.com/

Digər xəbərlər

news-left-icons news-right-icons