gulsam-lillerin-reabilitasiyasi-ictimai-birliyinin-uzvlerinin-el-islerinden-ibaret-sergi-kecirildi
gulsam-lillerin-reabilitasiyasi-ictimai-birliyinin-uzvlerinin-el-islerinden-ibaret-sergi-kecirildi

Xəbərlər

01 Jan 0001

“GÜLSAM” Əlillərin Reabilitasiyası İctimai Birliyinin üzvlərinin əl işlərindən ibarət sərgi keçirildi.

12–13 iyul 2025-ci il tarixlərində Park Bulvar AVM-nin təşkilati dəstəyi ilə “GÜLSAM” Əlillərin Reabilitasiyası İctimai Birliyinin üzvlərinin işlərindən ibarət sərgi təşkil olundu.

Sərginin əsas məqsədi əlilliyi olan şəxslərin bacarıq və istedadlarının cəmiyyətə tanıdılması, onların sosial inteqrasiyasına dəstək göstərilməsi və yaradıcılıqlarının stimullaşdırılmasıdır. Tədbir çərçivəsində ziyarətçilərə əl işləri ilə tanış olmaq, əl işlərini əldə etməklə müəlliflərə maddi dəstək göstərmək imkanı yaradıldı.

“GÜLSAM” Əlillərin Reabilitasiyası İctimai Birliyi uzun illərdir ki, fiziki imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyası, onların hüquqlarının müdafiəsi və məşğulluğunun təmin edilməsi istiqamətində fəaliyyət göstərir. Belə sərgilər isə bir tərəfdən üzvlərin yaradıcı potensialını üzə çıxarmağa, digər tərəfdən ictimaiyyətin diqqətini bu mövzuya yönəltməyə xidmət edir.

Digər xəbərlər

news-left-icons news-right-icons