esitme-ve-nitq-mehdudiyyetli-sexslere-sosial-yardim-ib

Xəbərlər

21 May 2023

"Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İB

20-21 May 2023 tarixlərində "Park Bulvar AVM" təşkilati dəstəyi ilə "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İctimai Birliyinin satış-sərgisi baş tutdu.

Park Bulvar ticarət mərkəzi  artıq beş ilə yaxındır «Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım» İctimai Birliyi ilə əməkdaşlıq edərək, hər ay  əlilliyi olan və olmayan sənətkarların əl işlərinin satış sərgisinə dəstək olur. 

Bu dəfə də ənənəsinə sadiq qalan Park Bulvar, məhdudiyyətli şəxsləri bayram öncəsi sevindirdi. Sənətkar əlilliyi olan şəxslərin özünəməşqulluğunun təmin edilməsində sərgilərin rolu böyükdü. Bu dəfə də sərgidə səkkiz sənətkarın müxtəlif əl işləri satışa çıxarıldı. Sənətkarlar sərgilərdən əldə olunan vəsaitlə, yenidən yaradıcılıqlarını davam etdirmək üçün vəsait əldə edir, cəmiyyətə inteqrasiya olur, digər sənətkarlarla ünsiyyət quraraq yeniliklər əldə edirlər.

Digər xəbərlər

news-left-icons news-right-icons