iii-mekteblilerarasi-astronomiya-olimpiadasinin-neticeleri-aciqlanib

Xəbərlər

01 Jan 0001

III Məktəblilərarası Astronomiya Olimpiadasının nəticələri açıqlanıb

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilmiş III Məktəblilərarası Astronomiya Olimpiadasının qalibləri elan olunub. Mayın 14-də Bakı Dövlət Universitetində (BDU) keçirilmiş olimpiadanın məqsədi şagirdlər arasında astronomiya sahəsinə marağın artırılması, təhsil sistemində astronomiyaya daha geniş yer verilməsinin təşviq edilməsi, həmçinin qaliblərin Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlığının təmin olunmasıdır.

Olimpiadada 189 nəfər iştirak edib. Onlardan 6-sı birinci yerə, 7-si ikinci yerə, 13-ü üçüncü yerə, digərləri həvəsləndirici mükafat-diploma layiq görülüb.

Təşkilat Komitəsinin qərarına əsasən, maksimal qiymətin 60 faizini toplamış iştirakçılar olimpiadanın qalibləri hesab ediliblər. Seçilmiş şagirdlər medal və hədiyyələrlə mükafatlandırılacaq və bu il avqustun 10-20-də Polşada keçiriləcək XVI Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə cəlb olunacaqlar. Maksimal qiymətin 50 faizini toplamış şagirdlər isə diplomla təltif olunacaqlar. 

Qeyd edək ki, III Məktəblilərarası Astronomiya Olimpiadası Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Təhsil İnstitutu, N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Beynəlxalq Astronomiya İttifaqının Astronomiya Təhsili İdarəsinin təşkilatçılığı və Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə həyata keçirilib.

Digər xəbərlər

news-left-icons news-right-icons