umummilli-lider-heyder-liyevin-100-illik-yubileyine-hesr-olunmus-iii-mekteblilerarasi-astronomiya-olimpiadasinin-respublika-secim-turu-kecirilib

Xəbərlər

14 May 2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş III Məktəblilərarası Astronomiya Olimpiadasının respublika seçim turu keçirilib.

“Park Bulvar” AVM-də yerləşən Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə III Məktəblilərarası Astronomiya Olimpiadası reallaşdırılıb.

14 May tarixində Bakı Dövlət Universitetində (BDU) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş III Məktəblilərarası Astronomiya Olimpiadasının respublika seçim turu keçirilib.

Yarışda ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri astronomiya üzrə bilik və bacarıqlarını sınayıblar. Əvvəlki illərlə müqayisədə bu il 592 nəfər şagird qeydiyyatdan keçib. Olimpiadanın keçirilməsində məqsəd şagirdlər arasında astronomiya sahəsinə marağın artırılması, təhsil sistemində astronomiyaya daha geniş yer verilməsinin təşviq edilməsi, həmçinin qaliblərin Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlığının təmin olunmasıdır.

Olimpiada Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Təhsil İnstitutu, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Beynəlxalq Astronomiya İttifaqının Astronomiya Təhsili İdarəsi tərəfindən təşkil olunub. Qaliblər medal və hədiyyələrlə mükafatlandırılacaq və bu il avqustun 10-dan 20-dək Polşada keçiriləcək XVI Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə cəlb olunacaqlar.

Respublika seçim turunun nəticələri yaxın günlərdə olimpiada.edu.az portalında və təşkilatçıların rəsmi internet səhifələrində paylaşılacaq.

Digər xəbərlər

news-left-icons news-right-icons