08 Jul 2025
Park Bulvar-ın dəstəyi ilə xeyriyyə yarmarkası keçirildi!
5-6 iyul 2025-ci il tarixlərində “Park Bulvar” AVM-nin təşkilati dəstəyi ilə “Şəhid Analarına Dəstək” İctimai Birliyi xeyriyyə məqsədilə əlillərin işlərindən ibarət yarmarka keçirdi. Sərgidə nümayiş olunan müxtəlif əl işləri ziyarətçilərin böyük marağına səbəb oldu və bütün əldə edilən gəlir tam olaraq sərgi iştirakçılarının rifahına yönəldildi. Bu xeyriyyə tədbirinin əsas məqsədi şəhid ailələrinə və fiziki məhdudiyyətli şəxslərə həm maddi, həm də mənəvi dəstək olmaq, onların cəmiyyətə inteqrasiyasını təşviq etməkdir. Belə tədbirlər ictimai həmrəyliyin güclənməsinə və əl işlərinin geniş ictimaiyyətə tanıdılmasına xidmət edir.