park-bulvarda-zefer-arzulari-adli-sosial-aksiya-teskil-olunub

Xəbərlər

06 Jan 2022

Park Bulvarda “Zəfər arzuları” adlı sosial aksiya təşkil olunub

8 Noyabr – Zəfər günü münasibətilə Park Bulvar AVM-də Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi şanlı Qələbəyə həsr olunmuş “Zəfər arzuları” adlı sosial aksiya təşkil edib. Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bildirib ki, Sosial aksiyanın keçirilməsində məqsəd möhtəşəm Zəfərin qazanılmasında mühüm amillərdən olan birliyimizi və həmrəyliyimizi bir daha nümayiş etdirmək, xalqımıza qürur və qələbə sevinci yaşadan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, qəhrəman Azərbaycan Ordusuna, müharibə veteranlarına minnətdarlığımızı çatdırmaq, şəhidlərimizin ruhuna ehtiramımızı bildirməkdir. Digər iştirakçılar da Zəfər haqqında fikir və duyğularını ifadə ediblər. Tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri, ziyalılar, şəhid ailələrinin üzvləri, müharibə veteranları, ictimai fəallar və vətəndaşlar iştirak ediblər. Onlar yumruq formasında hazırlanmış stendin üzərinə yapışdırılan kiçik ölçülü standart kağız parçalarına Zəfər arzularını yazıblar. Sonda stendin üzərində Azərbaycan bayrağı fonunda “Dəmir yumruq” təsviri yaranıb.

Digər xəbərlər

news-left-icons news-right-icons