12 Feb 2024
"Park Bulvar"da “Xəyanətə yox” filminin imza günü keçirilib!
Fevralın 12-də "Park Bulvar"ın təşkilati dəstəyi ilə "Park Cinema" kinoteatrında "Xəyanətə yox" filminin imza günü keçirilib. Romantik komediya janrında çəkilən “Xəyanətə yox” filminin ulduzları da nümayişdə iştirak edib. Filmdə əyləncəli və gülməli səhnələrlə yanaşı, sosial mesajlar ötürən səhnələr də çatdırılıb. Filmin sonunda aktyor və çəkiliş heyəti ayaq üstə alqışlanıb. “Xəyanətə yox” filmini şəhərin bütün kinoteatrlarında izləmək mümkündür. Qeyd edək ki, ekran əsərinin quruluşcu rejissoru Valeh Əhmədovdur.