peyvend-yasadirgeleceye-saglam-baxin
peyvend-yasadirgeleceye-saglam-baxin
peyvend-yasadirgeleceye-saglam-baxin
peyvend-yasadirgeleceye-saglam-baxin
peyvend-yasadirgeleceye-saglam-baxin
peyvend-yasadirgeleceye-saglam-baxin
peyvend-yasadirgeleceye-saglam-baxin

Xəbərlər

27 May 2023

“Peyvənd yaşadır/Gələcəyə sağlam baxın!”

27 May 2023 tarixində "Park Bulvar" AVM təşkilati dəstəyi ilə TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzi “Peyvənd yaşadır/Gələcəyə sağlam baxın!” adlı tədbir keçirilib.

Tədbirin əsas məqsədi bir çox infeksion xəstəliklərdən qorunmaqda ən effektiv vasitə olan peyvəndlərlə bağlı insanları maarifləndirmək, uşaqların və gələcəyimizin təhlükəsizliyini təmin etməkdir. 

Əyləncəli-maarifləndirmə formatında keçirilən tədbirdə uşaqlar üçün əyləncəli proqramlar təşkil edilərkən valideynlərə təbliğat materialları paylanılıb, ölkəmizdə uşaqlara vurulan peyvəndlər haqqında məlumatlar verilib və onları maraqlandıran, narahat edən suallar cavablandırıb.

Məlumat üçün bildirək ki, Azərbaycanda peyvəndləmənin sistemli şəkildə aparılması nəticəsində poliomielit xəstəliyi ləğv edilib, məxmərək, difteriya, tetanus, göyöskürək xəstəliklərinin səviyyəsinin aşağı düşməsinə nail olunub.

Hazırda Azərbaycanda hepatit B, vərəm, tetanus, poliomielit, difteriya, göyöskürək, B tipli hemofil infeksiya, məxmərək, qızılca, parotit xəstəliklərinə qarşı peyvəndlər mövcuddur.  

Peyvəndlərin zəncirvari tətbiq edilməsində məqsəd uşaqların immunitet qazanması və yoluxucu xəstəliklərə yoluxmamasına nail olmaqdır.

Profilaktik peyvəndlər vasitəsi ilə yoluxucu xəstəliklərin qarşısının alınması (İmmunoprofilaktika) yoluxucu infeksion xəstəliklərə qarşı ən effektiv müdafiə metodu hesab edilir və əhalinin sağlamlığının qorunması məqsədi ilə həyata keçirilir. Artıq bütün dünyada peyvəndlərin yoluxucu infeksiyaları və onların fəsadlarını aradan qaldıran əvəzolunmaz vasitə olduğu fikri qəbul olunub. Hazırda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəyi və nəzarəti altında dünyanın 180 ölkəsində vaksinasiya proqramı icra edilir.

Qeyd edək ki, ölkəmizdə peyvəndləmə Milli Peyvənd Təqviminə əsasən həyata keçirilir və  istifadə edilən bütün vaksinlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzində (AEM) müayinədən keçirilir, təhlükəsizliyinə zəmanət verilir.

Uşaqları ciddi xəstəliklər qarşısında müdafiəsiz qoymayın! 

Peyvənd yaşadır!

Digər xəbərlər

news-left-icons news-right-icons