26 Aug 2023
26-27 avqust 2023
2023-cü il 26-27 avqust tarixlərində "Park Bulvar" AVM-nin təşkilati dəstəyi, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və Azərbaycan Autizm Assosiasiyasının birgə təşkilatçılığı və həmçinin Turizm Könüllüləri Təşkilatının dəstəyi ilə "Turizm Sərgisi" keçirilib. İki gün davam edən sərgidə 20-ə yaxın turizm şirkəti iştirak edib. Sosial yönümlü tədbirin keçirilməsinin əsas məqsədi turizm şirkətlərinin xidmətləri və təklif etdikləri məhsulları haqqında ictimaiyyəti məlumatlandırmaq və aksiyadan toplanan vəsaitlə autizmli uşaqların müalicəsinə dəstək olmaqdır.