28 Oct 2024
Eşitmə Və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyinin
26-27 oktyabr 2024 tarixlərində "Park Bulvar” AVM-in təşkilati dəstəyilə "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İctimai Birliyinin satış-sərgisi baş tutdu.
Park Bulvar ticarət mərkəzi artıq altı ilə yaxındır «Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım» İctimai Birliyi ilə əməkdaşlıq edərək hər ay əlilliyi olan və olmayan sənətkarların əl işlərinin satış sərgisinə dəstək olur.
Bu dəfə də ənənəsinə sadiq qalan Park Bulvar məhdudiyyətli şəxsləri bayram öncəsi sevindirdi. Əlilliyi olan şəxslərin özünəməşqulluğunun təmin edilməsində sərgilərin rolu böyükdü. Bu dəfə də sərgidə on sənətkarın müxtəlif əl işləri satışa çıxarıldı. Sənətkarlar sərgilərdən əldə olunan vəsaitlə yenidən yaradıcılıqlarını davam etdirmək üçün vəsait əldə edir, cəmiyyətə inteqrasiya olur, digər sənətkarlarla ünsiyyət quraraq yeniliklər əldə edirlər.