park-bulvar-avm-xezer-milli-mukafati-ile-teltif-olundu
park-bulvar-avm-xezer-milli-mukafati-ile-teltif-olundu
park-bulvar-avm-xezer-milli-mukafati-ile-teltif-olundu

Xəbərlər

26 Dec 2019

Park Bulvar AVM “Xəzər” Milli Mukafatı ilə təltif olundu.

2019-cu ilin yekunlarına həsr olunan “Xəzər” Milli Mükafatının təqdimat mərasimi “Bakı Biznes Mərkəzi”nde keçirilib. “Park Bulvar AVM” Sahibkarlığın inkişafına verdiyi uğurlu töhvələrə və müştəri məmnuniyyəti qazandığına görə “Xəzər” Milli Mükafatı ilə təltif olunub Sosial Media Mərkəzinin  direktoru Azər Niftiyev bildirib ki, rəhbərlik etdiyi qurum, sosial şəbəkələrdə sosioloji sorğu keçirərək, ilin ən fəalllarını müəyyən edib. Tədbirdə Milli Məclisin deputatları, dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri, ictimai xadimlər, “media kapitanları” iştirak edib. Park Bulvar AVM-in direktoru Ali Yuksel bəy, çıxış edərək bu mükafatı rehberliyi ve bütün kollektiv adından qəbul etdiyini xüsusi olaraq vurğuladı. Son aylar Park Bulvar AVM-də brendlərin yenilənməsi ilə yanaşı, təmir və yenidənqurma işləri, müştərilərə keyfiyyətli xidmət göstərilməsi istiqamətində bir sıra əhəmiyyətli addım atıldığını bildirən AVM direktoru “Xəzər” Milli Mukafatını almaqdan məmnunluğunu da ifadə etdi.  2019-cu ilin nəticələrinə görə, “Xəzər” Milli Mükafatına layiq görülənlər arasında, Milli Məclisin sədr müavini Bahar Muradova, Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Musa Quliyev, Nəsib Məhəməliyev, Mahir Abbaszadə, Pərvin Kazımzadə, Elman Nəsirov, Sona Əliyeva, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Azərbaycamın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinada fövqəladə və səlahiyyətli Səfiri Eldar Həsənov, media qurumları və nümayəndələri, tanınmış iş adamları və özəl şirkətlər var idi. 

Digər xəbərlər

news-left-icons news-right-icons